Prezident Ərdoğan BƏƏ prezidenti Əl Nahyan ilə görüşüb

Bölmə: Dünya › ,
Tarix: 16:29 17.06.2025

Prezident Ərdoğan ilə BƏƏ prezidenti Əl Nahyan arasında telefon danışığı olub. Görüşdə İsrail-İran münaqişəsi, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

 

Prezident Rəcəb Tayyib Ərdoğan sülh diplomatiyasını davam etdirir.

 

Rabitə Müdirliyindən verilən məlumata görə, prezident Rəcəb Tayyib Ərdoğan BƏƏ prezidenti Şeyx Mohamed Bin Zayed Al Nahyan ilə telefon danışığı aparıb.

 

Görüşdə İsrail-İran münaqişəsi, ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunub.

 

“Mövcud vəziyyət Qəzzaya kölgə salmamalıdır

 

Prezident Ərdoğan görüşdə İsrailin İrana hücumları ilə başlayan zorakılıq spiralının bütün bölgənin təhlükəsizliyini risk altına atdığını, bölgənin yeni bir müharibəyə dözə bilməyəcəyini, diplomatik təmaslarla münaqişələrin sona çatması üçün çalışdıqlarını vurğulayıb.

 

Prezident Ərdoğan İranla nüvə mübahisəsinin həllinin danışıqlar masasına qayıtmaq olduğunu, mövcud vəziyyətin Qəzzaya kölgə salmamalı olduğunu, əks halda İordan çayının qərb sahili və Şərqi Qüdsün də işğal təhlükəsi ilə üzləşə biləcəyini bildirib.

 

Mənbə: TRT Haber

Xədicə Məhərrəmli