Ankarada Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib

Bölmə: Siyasət › ,
Tarix: 11:03 27.06.2025

Ankarada səfərdə olan Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev türkiyəli həmkarı Mətin Gürakla görüşüb.

 

"İnformator.az" APA-ya istinadən xəbər verir ki, bununla bağlı Türk Silahlı Qüvvələrinin X hesabında paylaşım edilib.

 

Kərim Vəliyevin rəsmi qarşılanma mərasimi olub. Daha sonra Azərbaycan və Türkiyə Baş Qərargah rəislərinin görüşü keçirilib.