İsrail döyüş təyyarələri Livanın cənubuna ağır hava zərbələri endirib

Tarix: 17:50 27.06.2025
İsrail döyüş təyyarələri Livanın cənubundakı Nəbatiyyə kəndinə genişmiqyaslı hava hücumu təşkil edib.
Livanın rəsmi xəbər agentliyi NNA-nın məlumatına görə, İsrail döyüş təyyarələri səhər saatlarında Nəbatiyyə çölündə Ali et-Tahir meşə sahələri, Kefertebnit təpələri və yuxarı Nəbatiyyə bölgəsini hədəf alan intensiv hava hücumları təşkil edib.
Döyüş təyyarələrindən atılan vakuum raketlərinin törətdiyi partlayışların yüksək səsə səbəb olduğu bildirilib.
Hesabatda qeyd olunub ki, hücumdan təxminən on dəqiqə sonra İsrail döyüş təyyarələri eyni bölgəni ikinci intensiv bombardmana başlayıb.
Hücumlardan sonrakı vəziyyətlə bağlı hələlik heç bir məlumat paylaşılmayıb.
Digər tərəfdən, İsrail ordusundan verilən açıqlamada, "İsrail Hərbi Hava Qüvvələrinə məxsus döyüş təyyarələri Livanın cənubundakı Boufur Hill bölgəsində Hizbullahın atəş və müdafiə idarəçiliyi üçün istifadə etdiyi iddia edilən obyekti bombalayıb".
Bombalanan obyektin əhəmiyyətli bir yeraltı layihəsinin bir parçası olduğu və hücumda tamamilə sıradan çıxdığı iddia edildi.
Açıqlamada, "İsrail ordusu Hizbullahın bölgədəki terror infrastrukturunu yenidən qurma cəhdlərini əvvəlcədən təsbit edib və bu çərçivədə sözügedən obyektləri hədəfə alıb".
Bəyanatda obyektin mövcudluğu və onun yenidən fəaliyyətə başlaması cəhdlərinin İsrail və Livan arasındakı razılaşmaların açıq şəkildə pozulması olduğu qeyd edilib və Hizbullahın bu obyektdə fəaliyyət göstərməsinə icazə verilməyəcəyinə işarə edilib.
İsrail və Livan arasında 27 noyabr 2024-cü ildə qüvvəyə minən atəşkəsə baxmayaraq, İsrail ordusunun Livanın cənubuna havadan və qurudan hücumları demək olar ki, hər gün davam edir.
Atəşkəsin qüvvəyə mindiyi vaxtdan bəri İsrail təxminən 3000 pozuntuya yol verib və bu prosesdə ən azı 213 nəfər həyatını itirib, 508 nəfər yaralanıb.
İsrail ordusu Livanın cənubundan qismən geri çəkilsə də, son toqquşmalarda ələ keçirdiyi 5 strateji təpəni işğal altında saxlamaqda davam edir.
İsrailin 8 oktyabr 2023-cü ildə Livana başlatdığı hücumlar 23 sentyabr 2024-cü ildə "hərtərəfli müharibəyə" çevrildi; Prosesdə 4 mindən çox adam həyatını itirdi, təxminən 17 min adam da yaralandı.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli