“Amerikaya sərt zərbə vurduq”

Tarix: 21:42 27.06.2025
İranın ali dini lideri Ayətullah Əli Hamaney ölkəsinin İsrailə və ABŞ-yə qarşı qələbə qazandığını iddia edib.
Hamaney bu prosesdə ABŞ-nin heç bir uğur əldə etmədiyini bildirib və Qətərdəki bazalarına hücum edən İranın “Amerikanın üzünə sərt bir sillə vurduğunu”,- deyib.
Mövzu ilə bağlı politoloq Elşad Mirbəşiroğlu "İnformator.az"a açıqlamasında bildirib ki, müasir dövrdə təkcə döyüşən tərəflər arasında silah-sursat və hərbi texnika deyil, informasiya da həlledici rol oynayır:
"Ümumiyyətlə, müasir dövrdə təkcə döyüşən tərəflər arasında silah-sursat və hərbi texnika deyil, informasiya da həlledici rol oynayır. ABŞ tərəfindən İranın nüvə obyektlərinin tamamilə ləğv edilməsi haqqında fikirlər, sonradan çox suallar doğurdu. Tramp öz ətrafında mif yaratmağı xoşlayır. Bu onun şəxsiyyətinin səciyəvi tərəflərindən biridir.Ona görə də, burada bununla bağlı mübahisəli məqamların olduğunu inkar etmək olmaz. İran obyektlərinbombalanmasından sonra vurğulayıb ki, ona bir çox zərər dəyib. Tramp isə vurğulayıb ki, artıq İranın növə silahı olmayacaq və bu tarixi qələbədir. Maraqlı burasıdır ki, Pentagon rəhbəri jurnalistlərlə briefing keçirən zaman jurnalistlərin sualından yayınmağa çalışıb, dəqiq cavablar verməyib. Lakin bu bombardmanı tarixi nəaliyyət adlandırıb.Ona görə də, burada açıq suallar yaranır.Kimin hansı məsələdə, nə dərəcədə doğru olduğunu müəyyənləşdirmək də çox çətindir.
Amma qeyd etmək lazımdır ki, ABŞ-nin kəşfiyyat xəbərlərindən sızıntılar olub ki, nüvə obyektləri çox ciddi zərər görməyib. İran da qeyd edib ki, zənginləşdirilmiş uran, obyektlərdən vaxtından əvvəl çıxarılıb. Ümumiyyətlə qeyd etmək lazımdır ki, Fordodakı nüvə obyektinə zərbələrin endirilməsi uzun illərdir ABŞ tərəfindən planlaşdırılırdı və bu istiqamətdə ciddi kəşfiyyat işləri aparılıb. Ola bilsin ki, Donald Tramp bu məsələdə önə çıxmaq, bunu öz adına yazdırmaq və bunun üzərindən PR qurmaq istəyib. Lakin, qeyd etdiyim kimi, bu mövzuda ziddiyyətli fikirlər var. İranın ali dini lideri nüvə obyektlərinə ciddi zərər dəymədiyini bildirib və ABŞ-nin hərbi bazasına edilən hücumu "ağır zərbə" adlandırıb. Bu da göstərir ki, tərəflər arasında gərginlik və fikir ayrılıqları hələ də qalır. Lakin atəşkəs olsa da barış mövcud deyil.Burada həm ABŞ, İsrail, həm də İran öz simalarını da qurmağa çalışırlar. Bəlkə də bu amil daha təsirlidir ki, hər biri ayrı-ayrılıqda öz maraqlarına cavab verəcək məlumatları yayırlar, informasiyaları genişləndirirlər. Bunu da hesab edirəm ki, diqqətdən kənar qoymaq olmaz. İsrail və İran arasında məsələlər hələdə da açıq qalıb.
Ehtimal etmək olar ki, həqiqətən də İran tərəfinin vurğuladığı kimi nüvvə zənginləşdirilmiş uran obyektlərdən çıxarılıb.
Bunu əsaslandıran amillərdən biri də ondan ibarətdir ki, nüvə şüalanması baş verməyib. Ciddi nüvə şüalanması qeydə alınmayıb. Deyilənə görə, Mikati də nüvə enerjisi üzrə Beynəlxalq Agentlik də təxmin edir ki, İranın 60%-ə qədər zənginləşdirilmiş uranı mövcuddur. Bu dərəcədə zənginləşdirilmiş uranın olduğu bir obyektin vurulması hesab edirəm ki, ətrafa ciddi fəsadlar verə bilərdi. Ona görə də bu Trampın pafos ilə razılığını bir növ sual altında qoyur. Bütün bunlar göstərir ki, hazırkı mərhələdə tərəflər arasında daha da ciddi informasiya müharibəsi gedəcək. Lakin hesab etmək olar ki, növbəti mərhələdə qarşılıqlı hücumlar da istisna deyil. Regionda təhlükə səviyyəsi yüksək olaraq qalır, çünki tərəflər bir-birlərini hələ də təhlükəsizliklərinə ciddi təhdid kimi görürlər".
Səmayə Səftərova