“Xankəndi” Biznes Mərkəzi işğaldan azad edilən bölgələrdə sahibkarlığı canlandırır

Tarix: 14:39 06.07.2025
“Xankəndi” Biznes Mərkəzi yerli məşğulluğun artırılmasına da töhfə verir.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Xankəndi Biznes mərkəzinin nümayəndəsi Nəcəf Bədəlov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, 4 mərtəbə və zirzəmi hissədən ibarət olan “Xankəndi” Biznes Mərkəzi ümumilikdə 4 500 m²-dən artıq sahəni əhatə edir:
“Biznes Mərkəzində 24 ofis sahəsi, 6 iclas otağı mövcuddur. Bundan əlavə, Mərkəzdə 120 nəfər qonaq üçün nəzərdə tutulan “Zefir Cafe & Terrace” restoranı, eləcə də dəftərxana və mətbəə məhsullarının satışı, kimyəvi təmizləmə və camaşırxana xidmətləri fəaliyyət göstərəcək”.