Azərbaycanda I yarımildə büdcədən 152 milyon manatdan çox vəsait geri qaytarılıb

Bölmə: İqtisadiyyat › ,
Tarix: 17:25 07.07.2025

Bu ilin I yarısında Azərbaycanda dövlət büdcəsindən ümumilikdə 152 milyon 395,2 min manat vəsait fiziki və hüquqi şəxslərə geri qaytarılıb.


"İnformator.az" bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir.

 

O cümlədən, 6 ay ərzində artıq ödənilmiş vergilər, dövlət rüsumu, faizlər və maliyyə sanksiyaları üzrə geri qaytarılan vəsaitin məbləği 36 milyon 250,5 min manat təşkil edib.