Şəxsiyyəti tanımağın bir yolu-Psixoloji testlər

Tarix: 19:45 07.07.2025
Psixoloji testlər insanın şəxsiyyətini, zehni vəziyyətini və davranışlarını anlamaqda vacib vasitədir. Onlar diaqnoz qoymaq, terapiya planlamaq və fərdi inkişaf üçün geniş istifadə olunur.
Mövzu ilə bağlı klinik psixoloq Gülşən Rüstəmova "İnformator.az"a açıqlamasında bildirib ki, psixoloji testlərin diaqnostik və terapaevtik əhəmiyyəti sözsüz ki, var:
"Amma bunun hamı üçün nəticə olaraq əsas götürülməyi, vacibliyi haml üçün eyni dərəcədə deyil. Bizim üçün fərdi yanaşma prinsipi əsas götürülməlidir. İnsanın temperamentinin xüsusiyyətləri fərqli, keyfiyyətləri, yaşayış tərzini, cinsiyyəti, yaşın çoxluğu mühümdür".
Klinik psixoloq həmçinin bildirib ki, hazırda əlimizdə olan testlərin əksəriyyəti xarici ölkələrdə hazırlanmış və tərcümə olunmuş testlərdir:
" Əksəriyyətinin tərcüməsində problem olduğu kimi, nəticələrdə də problem var. Ona görə də bizim coğrafi mühitmiz bəzən bu testlərə uyğun gəlməyə bilər. Psixoloji testlər alternativ üsul kimi faiz dərəcəliliyi 50%-dən çox keçməyərək şəxsi gəldiyimiz nəticələrə təsir göstərir. Fərdi yanaşma önəmli olsa da testlər paralel keyfiyyət göstəricisi olaraq, qiymətləndirmək olar".
Billurə Quliyeva