Bakıda istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir

Bölmə: Sosial › ,
Tarix: 11:43 08.07.2025

Bakı şəhərində istismar müddəti bitmiş magistral su xətti dəyişdirilir.

 

 "İnformator.az" “APA-Economics”ə istinadən xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib.

 

Məlumata görə, bu çərçivədə Bakı Sukanal İdarəsinin istismarında olan Binəqədi rayonu, Palçıqlı dağ adlanan ərazidən keçən diametri 1220 millimetr olan BSK 2 (Sol) magistral su kəmərinin 3400 paqon metrlik hissəsi uzun müddət istismar olunması səbəbindən qəzalı vəziyyətə düşüb. Magistral kəmərin qəzalı hissəsinin dəyişdirilməsi məqsədilə uzunluğu 560 paqon metr olan polad borunun 200 paqon metrlik hissəsi inşa olunub.

 

Hazırda isə Sutikinti Müəssisəsi tərəfindən BSK 2 (Sol) magistral kəmərinin H.Z.Tağıyev qəsəbəsi ərazisində keçən uzunluğu 60 paqon metr hissəsi və Palçıqlı dağ ərazisindən keçən uzunluğu 300 paqon metr hissəsinin dəyişdirilməsi həyata keçirilir.