Teleradio Akademiyasında yeni təyinat

Bölmə: MEDİA › ,
Tarix: 20:16 22.07.2025

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdində fəaliyyət göstərən Teleradio Akademiyasında tədris işləri üzrə prorektor vəzifəsinə Mahmud Yaqub təyin edilib. O, bu vaxta qədər İctimai-siyasi Proqramlar Studiyasında şərhçi-ekspert kimi çalışıb.

 

Mahmud Yaqub BDU-nun kimya və beynəlxalq münasibətlər üzrə bakalavr, jurnalistika ixtisası üzrə isə magistr təhsilini fərqlənmə diplomu ilə başa vurub. O, həmçinin ABŞ-nin bir sıra nüfuzlu universitetlərində ixtisasartırma kursları keçib, hazırda Bahçeşehir Kıbrıs Universitetində doktorantura təhsili alır.


Vüqar Alışov