Böyüklük sadəcə cüssə ilə olmur

Bölmə: Maraqlı › ,
Tarix: 21:33 27.06.2025

Bir təyyarənin içində, dünyanın bir başından digərinə, məsələn, Hindistandan ABŞ-yə aparılan nəhəng bir fil təsəvvür edin. Gözümüzdə canlandırmaq belə çətindir. Bu qədər böyük bir canlı nəqliyyat vasitəsində necə sakit qala bilər? Necə olur ki, iri cüssəli bir canlı uçuş boyu bir dəfə belə tərpənmir?

 

Fillər bu zaman qəfəslərində tək olmur. Qəfəs cücələrlə dolu olur.

Çünki fillər nəhəng olmasına baxmayaraq, cücələrə zərər verməkdən qorxar.

Onlardan birini təsadüfən tapdalamaq üçün uçuş boyu tamamilə hərəkətsiz qalır. Beləliklə, təyyarənin tarazlığı qorunur. 

Bu hadisə əslində bir canlıda düşüncənin, vicdanın nə qədər dərin olduğunu göstərir. Elm adamları bu davranışın arxasında duran səbəbi araşdırarkən filin beynində çox nadir sinir hüceyrəsi növü olan fusiform hüceyrələri aşkar ediblər. Eyni hüceyrələrə insanlarda rast gəlinir. Bunlar özünüdərk, empatiya və sosial qavrayış üçün məsuliyyət daşıyır.

Dahi rəssam Leonardo da Vinçi yazıb: 

“Fil həqiqəti, ağıl və mülayimliyi simvollaşdırır”.

Da Vinçi həmçinin yazıb ki, fil çaya enir və bir növ ehtiramla orada yuyunur, sanki bütün pisliklərdən təmizlənir.

Əgər yolunu azmış bir şəxslə qarşılaşarsa, yumşaqlıqla onu doğru yola yönəldər.

Ancaq ən təsirlisi budur ki, fil ölümünün yaxınlaşdığını hiss edəndə sürüsünü tərk edir. Uzaq, kimsəsiz bir yerə gedir və tək ölür.

Səbəbi isə cavan fillər onun ölümünə şahid olmasın. Onlar bu hərəkətlə belə başqasını qoruyur. 

Fillərdə olan ən qabarıq xüsusiyyətlər şəfqət, məhcubiyyət və mərhəmət duyğularıdır. Bunlar elə duyğulardır ki, bəzən insanlarda belə nadir hallarda rast gəlinir.

Tək bir cücə üçün hərəkətsiz qalan fil insanlara nümunə olmalıdır.

 

Fatimə Şahverdiyeva