Gəncədə 22 yaşlı qız qətlə yetirilib, atası şübhəli bilinir

Tarix: 16:16 19.07.2025
Gəncədə 22 yaşlı qız qətlə yetirilib, atası şübhəli bilinir.
"İnformator.az" "Report" a istinadən xəbər verir ki, hadisə şəhərin Bayan küçəsində qeydə alınıb.
Belə ki, 2003-cü il təvəllüdlü Həsənli Leyla Səməd qızı aldığı xəsarətdən dünyasını dəyişib. Onun atası 1978-ci il təvəllüdlü Səməd Həsənli tərəfindən döyülərək öldürüldüyü bildirilir. Faktla bağlı araşdırma aparılır.