Maşın aşıb, dağlıq ərazidə yanğın olub

Bölmə: Hadisə › ,
Tarix: 16:28 19.07.2025

Siyəzən rayonunun Beşdam kəndində “Nissan" markalı minik avtomobilinin idarəetməni itirərək yolda aşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə FHN-dən məlumat yayıb.

 

Yanğın nəticəsində “Nissan” markalı minik avtomobilinin yanar hissələri və dağlıq ərazidə 18 ha sahədə quru ot və kol-kos yanıb. Ətraf ərazilər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.