Ərdoğan: Türkiyə lazım olan hər şeyi etməyə hazırdır

Tarix: 13:45 17.06.2025
Prezident Ərdoğan Nazirlər Kabineti iclasından sonra çıxışında Türkiyənin İran-İsrail gərginliyi fonunda öhdəsinə düşən hər şeyi etməyə hazır olduğunu bildirdi. O, ölkəni bölgədəki böhranlardan qoruyacaqlarını və güclü müdafiə qabiliyyətinə çatacaqlarını vurğulayıb.
Ərdoğan, Qurban bayramını sülh içində qeyd etdiklərini bildirərək, İslam dünyasını təbrik edib. O, xalqın bayramda paylaşma və xeyriyyəçilik nümunəsi göstərdiyini, Fələstinlilərin də unudulmadığını qeyd edib. Fələstin torpaqlarında bayramı çətinliklərlə qeyd edənlərə yardım edən qurumlara təşəkkürünü ifadə edib.
TRT haber
Mahmudlu Ləman