“İsrailə qarşı hücumlar qarşıdakı saatlarda intensivləşəcək”-İran

Bölmə: Dünya › ,
Tarix: 14:47 17.06.2025

İran ordusu İsrailə qarşı yeni və inkişaf etmiş silahlarla PUA hücumlarına başladığını və bu hücumların qarşıdakı saatlarda daha da intensivləşəcəyini açıqlayıb.


İranın dövlət televiziyası bu barədə İran Ordusunun Quru Qoşunları Komandanı Kiyumers Heydərinin verdiyi açıqlamaya istinadən məlumat yayıb.


Heydəri bildirib ki, İsrailə qarşı intensiv pilotsuz uçuş aparatları (PUA) ilə hücumlar artıq başlayıb və yaxın saatlarda daha da güclənəcək.


“Geridə qalan gün və gecə ərzində İsrailə qarşı müxtəlif tiplərdə, dağıdıcı və hədəfi dəqiq vurma gücünə malik PUA-larla misillemə hücumları həyata keçirmişik. Bu silahlar sionist rejimin Tel-Əviv və Hayfada yerləşən strateji mövqelərini məhv edib”, – deyə o vurğulayıb.


TRT HABER
Solmaz Muradova