Merih Demirala təkliflər

Bölmə: İdman › ,
Tarix: 15:09 17.06.2025

Milli futbolçu Merih Demiral, Avropa klublarından gələn təkliflərə baxmayaraq bu yay "Al Ahli" klubunda qalmağı planlaşdırır.

 

Fabrizio Romanonun verdiyi məlumata görə, həm "Fənərbağça", həm də "Atletiko Madrid" Merih Demiralın vəziyyəti ilə maraqlanıblar.

 

Lakin Merih Demiralın Səudiyyə Ərəbistanı təmsilçisi ilə yoluna davam edəcəyi gözlənilir.

 

Ötən ilin may ayında Merih Demiralın formasını geyindiyi Səudiyyə Ərəbistanı klubu "Al Ahli", Yaponiya təmsilçisi "Kavasaki Frontale" üzərində 2:0 hesablı qələbə qazanaraq Asiya Çempionlar Liqasının qalibi olmuşdu.


Haber Global
Xəlilli Nigar