Hava yolu şirkətləri 5 ölkəyə səfər edəcək sərnişinlərə tanınan hüquqları uzadıb

Tarix: 15:10 17.06.2025
Türk Hava Yolları (THY), AJet və Pegasus; İsrailin İrana hücumu səbəbilə İran, İraq, Suriya, İordaniya və Livana səfər edəcək sərnişinlərə tanınan əlavə hüquqların 30 iyun tarixinədək uzadıldığını açıqlayıb.
Hava yolu şirkətləri tərəfindən sərnişinlərə verilən məlumatda, İsrailin İrana qarşı həyata keçirdiyi hücumların ardından Orta Şərqdə davam edən gərginlik səbəbindən uçuşların təsirləndiyi və bu çərçivədə İran, İraq, Suriya, İordaniya və Livan reyslərində bileti olan sərnişinlər üçün əlavə hüquqların müəyyən edildiyi bildirilib.
13 iyun – 30 iyun 2025 tarixləri arasında adı çəkilən ölkələrə bileti olan sərnişinlərin, 30 iyun 2025 (bu tarix daxil olmaqla) tarixinədək rezervasiya dəyişikliklərini, biletlərin geri qaytarılmasını və ya bilet müddətinin uzadılmasını pulsuz şəkildə edə biləcəkləri qeyd olunub.
Haber Global
Xəlilli Nigar