"İsrail sizi vuracaq"

Tarix: 15:47 17.06.2025
İsrail və İran arasında qarşılıqlı hücumlar beşinci gününə daxil olarkən, Tel-Əviv və Təbriz səhəri partlayış səsləri ilə açıb. İsrail, İranın yeni Baş Qərargah rəisinin öldürüldüyünü elan edib. Çin isə hücumdan üç gün əvvəl İranı xəbərdar etdiyini, İsrailin İranın rabitə sisteminə nəzarət etdiyini və əsas fiqurları telefonlar vasitəsilə izləyərək dəqiq hədəflərlə zərbələr endirdiyini iddia edib.
Çinin verdiyi məlumata görə, İsrail İranın telefon əlaqəsini izləyə biləcək səviyyədə giriş əldə edib. Bu yolla İran rejiminin rəhbər heyətindəki şəxslərin yerlərini anlıq müəyyənləşdirə bilir və dəqiq zərbələr endirə bilir.
İsrailin hücumlarında hədəf alınan İnqilab Keşikçiləri liderləri, kəşfiyyat rəhbərləri və yüksək rütbəli komandirlərin yerlərinin telefonlar vasitəsilə müəyyən edildiyi irəli sürülür. Telefonlara casus proqramın yüklənib-yüklənmədiyi dəqiqləşməsə də, dəqiq atışlarla həyata keçirilən hücumlar bu ehtimalı gücləndirir. Öldürülən iranlı komandanın evinə edilən hücumda yalnız divarın müəyyən bir hissəsinə dəyən mərmi, hücumların nə qədər dəqiq olduğunu göstərir.
Haberler.com
Aygün Babayeva