Kolumbiyalı senator güllələndikdən sonra "son dərəcə kritik" vəziyyətdədir

Tarix: 15:52 17.06.2025
Kolumbiya prezidentliyinə namizəd Migel Uribe Turbayı müalicə edən həkimlər onun 10 gün əvvəl başından güllə yarası aldıqdan sonra vəziyyətinin "son dərəcə kritik" olduğu barədə xəbərdarlıq ediblər.
Xəstəxanadan verilən məlumata görə, Uribe bazar ertəsi beyninə qanaxmanın qarşısını almaq üçün təcili əməliyyat olunub.
Həyat yoldaşı əməliyyatdan sonrakı saatların kritik olacağını deyib və kolumbiyalılardan onun sağalması üçün dua etmələrini istəyib.
İyunun 7-də Uribeyə edilən hücum, bazar günü ölkə daxilində keçirilən səssiz etirazlara on minlərlə adam gələn kolumbiyalıları şoka salıb.
BBC
Nəzrin Məmmədova