Uqanda lideri mülki şəxslər üçün yeni qanun imzalayıb

Tarix: 15:54 17.06.2025
Uqanda prezidenti Yoveri Museveni, mülki şəxslərin müəyyən şərtlər altında yenidən hərbi məhkəmədə mühakimə olunmasına imkan verəcək düzəlişi imzalayıb.
Belə məhkəmələrə icazə verən əvvəlki qanunu yanvar ayında Ali Məhkəmə konstitusiyaya zidd hesab edib.
Bu qərardan əvvəl, mülki vətəndaşların üzərində silah və ya ordu forması kimi hərbi texnika aşkar edilərsə, hərbi tribunala aparıla bilər. Fəallar qanunun hökumət tənqidçilərini təqib etmək üçün istifadə edildiyindən şikayət ediblər.
Parlamentarilər düzəlişi keçən ay polisin sıx iştirakı və ölkənin ən yüksək məhkəməsinin qərarını pozduğunu iddia edən müxalifət millət vəkillərinin boykot etməsi fonunda qəbul ediblər.
BBC
Nəzrin Məmmədova