ABŞ İranla nüvə sazişi və atəşkəslə bağlı danışıqları təklif edir

Tarix: 16:24 17.06.2025
ABŞ-nin bu həftə prezident Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Steve Witkoff ilə İranın xarici işlər naziri Abbas Erakçi arasında görüş ehtimalını dəyərləndirdiyi bildirilir.
Məsələdən xəbəri olan 4 rəsmi Axios-a bildiriblər ki, iki ölkə arasında planlaşdırılan təmasda əsas məqsəd nüvə sazişini müzakirə etmək və İran və İsrail arasında münaqişəyə son qoymaqdır.
Adı açıqlanmayan ABŞ rəsmisi Axios-a Witkoff və Erakçi arasında görüş ehtimalını təsdiqləyərək, "Bu həftə iranlılarla görüş nəzərdə tutulur",- dedi.
Xəbərdə Tramp administrasiyasının dünənki görüş təklifini İran tərəfi ilə paylaşdığı və Trampın İranın Fordo uran zənginləşdirmə obyektini məhv etmək üçün lazım olan bunker partladan bombaları Tehranı razılaşmaya məcbur etmək üçün mühüm təzyiq vasitəsi kimi gördüyü iddia edilib.
İsrailin İrana şiddətli hücumları ilə başlayan münaqişə
İyunun 13-də İsrail İranın müxtəlif şəhərlərindəki nüvə obyektləri başda olmaqla ordunun yüksək komandanlığını hədəf alan irimiqyaslı hücumlara başlayıb.
Hücumlarda İranın Baş Qərargah rəisi, İnqilab Keşikçiləri Korpusunun Baş Komandanı və bəzi yüksək səviyyəli komandirlər, həmçinin 9 nüvə alimi həlak olub, mülki vətəndaşların ümumi sayının isə 224 olduğu açıqlanıb.
İran ordusunun İsrailə ballistik raketlərlə cavab verməsi nəticəsində 24 nəfərin öldüyü, 500-dən çox insanın yaralandığı bildirilib.
Başda Türkiyə olmaqla bir çox ölkə İsraili qınayıb.
Mənbə: TRT Haber
Xədicə Məhərrəmli