"İranda rejim dəyişikliyi istəmirəm. Bu, ölkədə xaos yaradacaq"

Bölmə: Siyasət › ,
Tarix: 21:28 27.06.2025

 

ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahına malik olmayacağını bəyan edib: “Bu, onların ağlında olan son istəkdir”.

 


Mövzu ilə bağlı politoloq Yusif Bağırzadə "İnformator.az"a açıqlamasında bildirib ki, ABŞ hesab edir ki, İranın nüvə silahına malik olması İsrail dövlətini təhlükə altına salır:


"1979- cu ildən bəri İran ABŞ gərginliyi davam edir. İran düşünür ki, müstəqil Fələstin dövlətinin yaranmasına İsrail və onun arxasında duran ABŞ mane olur.Ona görə də, İranın dövlət siyasətində "ABŞ-ni və İsraili məhv etməliyik" düşüncəsi var.


Əlbəttə, ABŞ bunu təhdid kimi qəbul edir və bununla əlaqədar olaraq, İranın nüvə silahına malik olmaması ABŞ-nin əsas hədəflərindən biridir. ABŞ hesab edir ki, İranın nüvə silahına malik olması İsrail dövlətini təhlükə altına alır, həmçinin region Ərəb dövlətlərilə İran arasında gərginliklər mövcuddur.ABŞ-yə məxsus təyyarələr İrana aid hərbi obyektləri atəşə tutub, əsasən də Natanz, Furdo və İsfahan bölgələrini hansı ki, nüvə silahlarının istehsal olunduğu, zəngin olduğu bölgələrdir. ABŞ kəşfiyyatının əldə etdiyi məlumata görə son nöqtə İsfahanda olan hərbi obyekt idi və o da ABŞ tərəfindən vuruldu.
İndiki halda ABŞ prezidenti özünü Nobel sülh mükafatına layiq görülməsini istəyirvə bu Pakistan tərəfindən fikir olaraq, irəli sürülmüşdür.


Bunun əsas səbəbi odur ki, Tramp Hindistan və Pakistan arasında olan münaqişənin davam etməsini dayandırdı, qeyd edək ki, bu münaqişədə Tramp Pakistanın tərəfindən çıxış etdi. ABŞ hakimiyyətinin özündə də ABŞ-nin son dəfə İrana qarşı aviabombaların zərbələr endirməsinə qarşı çıxanlar var idi.
Qarşı çıxanlar ABŞ-nin vitse-prezidenti, digər tərəfdən də Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəridir. D. Trampın qarşısında iki seçim var, ya Nobel sülh mükafatına laiq görülməlidir, ki, ya da İsrailin tərəfində dayanaraq, İranı məhv etməlidir. İranın parçalanması bölgə dövlətlərinə çox pis təsir göstərə bilər.
Təbii ki, Qətər və Səudiyyə Ərəbistanın ABŞ-yə təsirindən asılıdır. Qeyd edək ki, gələcəkdə böyük ehtimal İsrail çalışacaq ki, yenidən İran-İsrail qarşı durması davam etsin və nəticədə ABŞ prezidenti Netanyahunu hakimiyyətdə görmək istəməyəcək. İsraildə hakimiyyət dəyişikliyi olacaqdır və İran ABŞ-nin diqtəsi altında onun dediklərinə əməl edən dövlətə çevriləcəkdir. Rusiyaya olunan səfərlərdən birində Rusiya qeyd edib ki, Natanz, İsfahan, Furdodan nüvəni uzaqlaşdırıblar və gələcəkdə İran bu nüvənin zənginləşdirilməsi prosesini bərpa edə bilər. Bu o deməkdir ki, bu və digər formada əgər Rusiya və ABŞ münasibətləri öz gərgin anını yaşayarsa, Rusiya dövləti İrana nüvə silahına lazım olan hər bir yardımı edəcəkdir.
Yəni Rusiya bu hala zəmin yaradır".

Səmayə Səftərova